Azərbaycan Rusiyadan beynəlxalq pul köçürmələri üzrə lider olub

Cari ilin I rübünün nəticəsinə görə Rusiyadan beynəlxalq pul köçürmələri üzrə lider ölkə Azərbaycan olub.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Qeyd edilir ki, “Russkiy standart” bankının araşdırmasına əsasən

  • Azərbaycana bir köçürmənin orta qəbzi 11,56 min rubl təşkil edib.

Bir il əvvəl birinci yer orta qəbzlə Qazaxıstan tutub. Həmin vaxt bu göstərici 14,13 min rubl təşkil edib.

  • Siyahıda ikinci yerdə Belarus Respublikası qərarlaşıb.

Bu ölkəyə beynəlxalq pul köçürmələrin qəbzinin orta məbləği 10,077 rubl təşkil edib. Belarus ötən il də siyahıda 2-ci olub.

  • Rusiyadan beynəlxalq pul köçürmələri üzrə siyahıda üçüncü yeri Qazaxıstan yer tutub.

İlk beşliyi İspaniya və Moldova bağlayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir