İsrailin aviazərbələri 20 fələstinlinin həyatına son qoyub

İsrailin Qəzza sektoruna endirdiyi aviasiya zərbələri nəticəsində 20 fələstinli həlak olub, 65 nəfər yaralanıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Həyatını itirənlərdən doqquzu uşaq və biri qadındır.

Şərqi Qüdsdə bir neçə gündür ki, toqquşmalar davam edir. Qırmızı Aypara Cəmiyyətinin məlumatına görə, bazar gününə keçən gecə İsrail polisi ilə toqquşmalarda 80 fələstinli yaralanıb. Mayın 10-da iğtişaşlar yenidən bərpa olunub. Yaralananların sayı ümumilikdə 331 nəfərə yüksəlib.

Ordunun məlumatına əsasən, Qəzza sektorundan İsrail ərazisinə onlarla raket atılıb. İsrail hərbçiləri buna cavab olaraq HƏMAS hərəkatının obyektlərinə aviazərbələr endirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir