Fransa Liqa 1-in XXXVI tur matçında PSJ “Renn”in qonağı olub. “Report”un məlumatına görə, görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
İlk qolu 45+6-cı dəqiqədə penaltidən Paris komandasının hücumçusu Neymar vurub. Lakin 70-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Seru Girassi bərabərlik qolunu vurub.
Beləliklə, qalib gələ bilməyən PSJ 76 xalla 2-ci pillədə qərarlaşıb və sona 2 tur qalmış lider “Lill” komandasından 3 xal geri qalır. “Renn” isə 55 xalla 7-cidir.