Baş epidemioloq: “Gürcüstan sərhədlərinin açılması böyük riskdir”

Baş epidemioloq: “Gürcüstan sərhədlərinin açılması böyük riskdir”

Amiran Qamkrelidze

“Gürcüstanın quru sərhədlərinin açılması məsələsi mütəxəssislər səviyyəsində müzakirə olunur”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze deyib.

O, bu məsələnin Dövlət Qurumlararası Koordinasiya Şurasının iclasında nəzərdən keçiriləcəyini istisna etməyib:

Sərhədlərin açılması ölkə üçün böyük riskdir. Həmsərhəd ölkələrdən daxil olanların sayı daha çoxdur. Buna görə də biz həm Gürcüstandakı, həm də qonşu ölkələrdəki epidemioloji vəziyyəti nəzərə almalıyıq. Hər şeyi birdən açmaq olmaz”.

Qeyd edək ki, bu yaxınlarda ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava vaksinasiyanın geniş vüsət alacağı halında sərhədlərin açılacağını bildirib. O, quru sərhədlərdə hava sərhədində tətbiq olunan qaydalardan istifadə ediləcəyini qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir