OPERATİV QƏRARGAH MƏLUMAT VERİR:
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 514 yeni yoluxma faktı qeydə alınıb, 1306 nəfər müalicə olunaraq sağalıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər çox təəssüf ki, vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 327 min 601 nəfər yeni növ koronavirusa yoluxub. Yoluxanlardan 308 min 317 nəfər müalicə olunaraq sağalıb, 4713 nəfər vəfat edib. Aktiv xəstə sayı 14 min 571 nəfərdir.
Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə son sutka ərzində 8081, hazırkı dövrədək isə 3 milyon 346 min 012 test aparılıb.