HƏMAS-ın silahlı qanadı “İzzəddin al-Kassam briqadaları” İsrailin Təl-Əviv şəhərinə və onun ətrafına tərəf 130 raket buraxdığını elan edib.
“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Agentlik bildirib ki, Təl-Əvivdə hava həyəcanı siqnalı eşidilir.
Daha əvvəl İsrailin Baş naziri Binyamin Netanyahu bildirib ki, ölkə Qəzza sektorunda hərbi qüvvələrini sayını və zərbələrin tezliyini artırmaq niyyətindədir.
Qəzza sektorunda eskalasiya bazar ertəsi axşam saatlarında başlayıb. Bu, son illər ərzində ən böyük hərbi qarşıdurmalardandır. Çərşənbə axşamı səhər İsrail Qəzza sektorundan ölkə ərazisinə 200-dən çox raketin buraxıldığını bildirib. Buna cavab olaraq İsrail hərbçiləri Fələstinin 130 hərbi hədəfinə zərbələr endiriblər. Nəticədə HƏMAS-ın 15 silahlısı həlak olub.
İsrail hökuməti müxtəlif bölmələrin gücləndirilməsi üçün ehtiyatda olan 5 min hərbçini orduya çağırıb.
🚨 SIRENS IN TEL AVIV: 🚨
Imagine hearing this sound and having seconds to run for your life.
This is what people in Tel Aviv are hearing RIGHT NOW. pic.twitter.com/9BpYbwlwVO
— Israel Defense Forces (@IDF) May 11, 2021