Türkiyə: son 24 saatın COVİD-19 tablosu

Son 24 saatda Türkiyədə aparılan 226.452 test müayinəsi nəticəsində 14 min 497 nəfərin COVID-19 testi pozitiv çıxıb. Yeni yoluxanlardan 1582-si aktiv koronavirus xəstəsidir. Atipik pnevmoniya nəticəsində 278 nəfər vəfat edib. 22 min 253 nəfər müalicə olunaraq sağalıb və evə yazılıb.

Xəstələrdən 2975 nəfərin vəziyyəti ağır qiymətləndirilir, atipik pnevmoniya nisbəti 4%-dir.

Ölkədə indiyədək ümumilikdə 5 milyon 059 min 433  yoluxma, 43 min 589 insan itkisi və 4 milyon 766 min 124 sağalma faktı qeydə alınıb.

Yeni növ koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ötən müddət ərzində cəmi 49.830.456 COVID-19 test müayinəsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir