BMT baş katibinin Rusiyaya səfəri başlayır

BMT-nin baş katibi Antoniu Quterreşin Rusiyanın paytaxtı Moskvaya səfəri başlayır.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

BMT rəhbərinin çərşənbə günü Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrovla Ukrayna məsələsini və Fələstin-İsrail münaqişəsini müzakirə edəcəyi planlaşdırılır.

Antoniu Quterreşin onlayn formatda Rusiya Prezidenti Vladimir Putinlə danışıqları da gözlənilir.

Səfər Rusiya hökumətinin dəvəti ilə keçirilir və mayın 14-dək davam edəcək.

Quttereş təyyarə ilə Rusiyaya yola düşməsi ərəfəsində bildirib, Lavrovla görüşdə bütün təhlükəsizlik məsələlərini, o cümlədən Liviyada, Suriyada, Yəməndə, Ukraynada, Əfqanıstanda münaqişələr ətrafında yaranmış vəziyyətin müzakirəsini planlaşdırır.

Baş katibin sözlərinə görə, onun hədəfi təşkilatın fəaliyyətinin bütün sferalarında Rusiya Federasiyası ilə BMT arasında çox əhəmiyyətli əməkdaşlığın gücləndirməsinə imkan yaratmasından ibarətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.