OPERATİV QƏRARGAH MƏLUMAT VERİR:
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 558 yeni yoluxma faktı qeydə alınıb, 1454 nəfər müalicə olunaraq sağalıb.
Analiz nümunələri müsbət çıxan 13 nəfər çox təəssüf ki, vəfat edib.
Ölkədə indiyədək ümumilikdə 328 min 159 nəfər yeni növ koronavirusa yoluxub. Yoluxanlardan 309 min 771 nəfər müalicə olunaraq sağalıb, 4 726 nəfər vəfat edib. Aktiv xəstə sayı 13 612 nəfərdir.
Azərbaycanda son gün ərzində 7 155, hazırkı dövrədək isə 3.353.167 test müayinəsi aparılıb.