İspaniya La Liqası: “Barselona” liderlik şansını itirib

İspaniya Primerasının XXXVI turunun matçında “Levante” “Barselona”nı qəbul edib.

“Report” xəbər verir ki, matç Valensiyadakı “Syudad de Valensiya” stadionunda keçirilib və 3:3 hesablı heç-heçə ilə sona çatıb.

“Barselona”nın heyətində Lionel Messi (25), Pedri (34), Usman Dembele (64), “Levantenin heyətində isə Qonsalo Melero (57), Joze Morales (59) və Serxio Leon (83) fərqləniblər.

“Barselona” 36 matçda 76 xal toplayaraq, İspaniya çempionatının 2020/2021 mövsümünün turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Levante” 40 xalla 13-cü yerdədir.

Çempionatın lideri “Atletiko Madrid”dir. Komandanın 77 xalı var. İlk üçlüyə 75 xalı olan “Real Madrid” də daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.