Portuqaliyanın 2020/2021 mövsümü çempionatının XXXII turunun matçında “Sportinq” “Boavişta”nı qəbul edib.
“Report” xəbər verir ki, görüş Lissabonda “Joze Alvalade” stadionunda keçirilib və meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə sona çatıb. Matçda yeganə qolu Paulinyu vurub.
Bu qələbədən sonra “Sportinq” 82 xal toplayıb və 74 xala sahib olan ən yaxın təqibçisi “Portu”dan xal fərqi ilə uzaqlaşıb. Turnir cədvəlində üçüncü yeri 70 xalla “Benfika” tutur. Beləliklə, Lissabon klubu Portuqaliya çempionu olub.
“Sportinq” bu kuboku son dəfə 2001/2002 mövsümündə qazanıb.
Bu, “Sportinq”in Portuqaliya çempionatında 19-cu çempionluğudur. Çempion titulu üzrə lider “Benfika”dır. Bu, komanda 37 dəfə ölkə çempionu olub.