Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi bina ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 12-də Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi bina ilə tanış olublar.

Dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya mərkəzdə görüləcək işlər barədə məlumat verilib.

Bildirildi ki, bu binada Ağa Qəhrəman Mirsiyab oğlunun Karvansarayı yerləşib. Ölkə əhəmiyyətli memarlıq abidəsi XVIII əsrə aiddir. Dövlətimizin başçısı görüləcək işlərlə bağlı tapşırıqlarını verib.

Mənbə: president.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.