Tbilisidə güclü yanğın baş verib

Tbilisidə güclü yanğın baş verib

Gürcüstanın paytaxtı Tbilisinin Samqori rayonunda güclü yanğın qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə yerinə yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb olunub.

Yanğın plastik məmulatların istehsalı sexində baş verib.

Hadisənin səbəbi hələ məlum deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.