Türkiyə: son 24 saatın COVİD-19 tablosu

Son 24 saatda Türkiyədə aparılan 228.192 test müayinəsi nəticəsində 13 min 029 nəfərin COVID-19 testi pozitiv çıxıb. Yeni yoluxanlardan 1496-sı aktiv koronavirus xəstəsidir. Atipik pnevmoniya nəticəsində 232 nəfər vəfat edib. 35 min 167 nəfər müalicə olunaraq sağalıb və evə yazılıb.

Xəstələrdən 2827 nəfərin vəziyyəti ağır qiymətləndirilir, atipik pnevmoniya nisbəti 4%-dir.

Ölkədə indiyədək ümumilikdə 5 milyon 072 min 462 yoluxma, 43 min 821 insan itkisi və 4 milyon 801 min 291 sağalma faktı qeydə alınıb.

Yeni növ koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ötən müddət ərzində cəmi 50.058.648 COVID-19 test müayinəsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir