Son 24 saatda Türkiyədə aparılan 201.295 test müayinəsi nəticəsində 11 min 534 nəfərin COVID-19 testi pozitiv çıxıb. Yeni yoluxanlardan 1217-si aktiv koronavirus xəstəsidir. Atipik pnevmoniya nəticəsində 238 nəfər vəfat edib. 55 min 472 nəfər müalicə olunaraq sağalıb və evə yazılıb.
Xəstələrdən 2765 nəfərin vəziyyəti ağır qiymətləndirilir, atipik pnevmoniya nisbəti 4%-dir.
Ölkədə indiyədək ümumilikdə 5 milyon 083 min 996 yoluxma, 44 min 059 insan itkisi və 4 milyon 856 min 763 sağalma faktı qeydə alınıb.
Yeni növ koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ötən müddət ərzində cəmi 50.259.943 COVID-19 test müayinəsi aparılıb.