DST rəhbəri peyvənd olunub

Tedros Adhanom Qebreyesus

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Ahanom Qebreyesus COVİD-19 əleyhinə peyvənd olunub.

“Report” xəbər verir ki, bu barədə o, özünün tvitterdəki səhifəsində bildirib.

DST rəhbəri hamını peyvənd olunmağa çağırıb.

Bu gün Cenevrə Universiteti Xəstəxanasında COVID-19-dan peyvənd edilmək mənim növbəmdir“, – deyə Qebreyesus bildirib. O, peyvəndlərin insanların həyatını xilas etdiyini və preparatların bütün ölkələrdə olmasının vacibliyini vurğulayıb.

Əgər siz də mənim kimi peyvəndlərin mövcud olduğu ölkədə yaşayırsınızsa, zəhmət olmasa növbəniz gələndə vaksinasiya olunun“, – deyə DST rəhbəri tövsiyə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir