G20 ölkələri bərpa olunan enerji üçün vəsait ayırır

COVID-19 pandemiyasının başladığı 2020-ci ilin əvvəlindən etibarən G20 ölkələrinin hökumətləri müxtəlif enerji növlərini dəstəkləmək üçün azı 648,6 milyard ABŞ dolları həcmində vəsait ayırıb.

“Report” “Energy Policy Tracker”ə istinadən xəbər verir ki, yeraltı yanacaqla bağlı enerjiyə 293,1 milyard dollar (adambaşına 63,93 dollar), o cümlədən neft-qaz sahəsinə 213,09 milyard dollar və kömür sənayesinə 43,7 milyard dollar, təmiz enerjiyə 246,06 milyard dollar (adambaşına 53,66 dollar), həmçinin digər enerji mənbələrinə də 109,43 milyard dollar ayrılıb.

Sözügedən ölkələr arasında enerji məsrəfləri baxımdan Hindistan (133 milyard dollar, təmiz enerjiyə 35 faizdən artıq), ABŞ (99 milyard dollar, təmiz enerjiyə 27 faizədək), Kanada (77 milyard dollar, təmiz enerjiyə 36 faizdən artıq), Böyük Britaniya (75 milyard dollar, təmiz enerjiyə 28 faizədək), Fransa (59 milyard dollar, təmiz enerjiyə 36 faizdən artıq) öndə gedir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir