Moldovada Nizami Gəncəvinin 880 illiyi qeyd ediləcək

Moldovada Nizami Gəncəvinin 880 illiyi qeyd ediləcək

Azərbaycan Respublikasının Moldovadakı səfiri Qüdsi Osmanov bu ölkənin Milli Kitabxanasının direktoru Elena Pintiley ilə görüşüb.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, görüş çərçivəsində iki ölkənin müvafiq sahələri arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qüdsi Osmanov və Elena Pintiley Azərbaycan Milli Kitabxanası ilə Moldova Milli Kitabxanası arasında qarşılıqlı konfrans, layihə və tədbirlərin həyata keçirilməsi təşəbbüsünü müzakirə ediblər. Görüşdə eləcə də 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi ilə əlaqədar dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş tədbirin Moldova Milli Kitabxanası ilə birgə təşkil edilməsi barədə razılığa gəlinib.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir