Quran səhifəsinin dünyada ən böyük əlyazma nüsxəsi hazırlanıb

Özbəkistanda müqəddəs Quran səhifəsinin dünyada ən böyük əlyazma nüsxəsi hazırlanıb.

Əlyazma səhifəsi XIV əsrdə Teymurilər İmperiyasının üçüncü hökmdarı Şahrux Mirzə üçün Baysunkar Mirzə tərəfindən üzü köçürülən Quranın bir səhifəsinin böyüdülmüş nüsxəsidir.

Səhifənin hazırlanması üçün Yaponiyadan qızıl suyu ilə işlənmiş kağız, Türkiyədən rənglər gətirilib.

Quran səhifəsi özbək xəttatı Nəcməddin Fayazi tərəfindən 6 ay müddətinə hazırlanıb.

Daşkənddəki İslam Mədəniyyəti Mərkəzinin rəhbəri Şoazim Munavvarov jurnalistlərə bildirib ki, səhifənin Ginnesin Rekordlar kitabına salınması üçün sənədlər hazırlanır.

Mənbə: AZƏRTAC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir