ABŞ-da yeni növ koronavirus infeksiyasına qarşı peyvənd olunan şəxslərin daha tibbi maska taxmasına və sosial məsafə gözləməsinə ehtiyac yoxdur.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) direktoru Roşel Valenski deyib.
Eyni zamanda, artıq peyvənd olunanların təyyarələrdə, qatarlarda, avtobuslarda tibbi maska taxmaqları vacibdir. Xəstəxanalar, qocalar evləri və həbsxanalar kimi bir sıra qurumlara da daxil olarkən tibbi maska lazımdır.