Avropa İttifaqı: Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı bəyanat

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə əlaqədar bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, Aİ Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyəti yaxından izləyir.

Mənim adımdan Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi Stefano Sannino mayın 13-də Ermənistan xarici işlər naziri Ara Ayvazyan, mayın 14-də isə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla əlaqə saxlayaraq hər iki tərəfi son dərəcə təmkinli olmağa və vəziyyəti gərginləşdirməməyə çağırıb. Aİ-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar ATƏT Sədrliyi ilə əlaqə saxlayıb“, – bəyanatda qeyd olunub.

Aİ-nin Ali Nümayəndəsi bildirib ki, sərhədin delimitasiyası və demarkasiyası yerli əhalinin təhlükəsizliyi naminə danışıqlar yolu ilə həll olunmalıdır: “Biz iki tərəf arasında texniki səviyyədə davam edən təmasları alqışlayırıq. Aİ münaqişənin hərtərəfli həllini dəstəkləyir və hər iki ölkəni regiondakı sabitliyi qoruyaraq sülh yolu ilə həlli tapmağa təşviq edir”.

Mənbə: APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir