COVİD-19: Türkiyədə son epidemioloji vəziyyət

Son 24 saatda Türkiyədə aparılan 203.073 test müayinəsi nəticəsində 11 min 394 nəfərin COVID-19 testi pozitiv çıxıb. Yeni yoluxanlardan 1102-si aktiv koronavirus xəstəsidir. Atipik pnevmoniya nəticəsində 242 nəfər vəfat edib. 37 min 261 nəfər müalicə olunaraq sağalıb və evə yazılıb.

Xəstələrdən 2670 nəfərin vəziyyəti ağır qiymətləndirilir, atipik pnevmoniya nisbəti 4%-dir.

Ölkədə indiyədək ümumilikdə 5 milyon 095 min 390 yoluxma, 44 min 301 insan itkisi və 4 milyon 894 min 024 sağalma faktı qeydə alınıb.

Yeni növ koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ötən müddət ərzində cəmi 50.463.016 COVID-19 test müayinəsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir