Kabildə məscid partladılıb – YENİLƏNİB

Kabildə məscid partladılıb, ölənlər var

Kabilin Şəkər Dərə dairəsində yerləşən Hacı Bəxşi Məscidində cümə namazı vaxtı törədilən partlayış nəticəsində azı 12 nəfər həlak olub, 15 nəfər də yaralanıb.

“Report” “Tolo”ya istinadən xəbər verir ki, bu barədə yerli polisin verdiyi məlumata görə həlak olanlar arasında məscidin imamı müftü Numan da var.

***

14:21

Kabilin Şəkər Dərə dairəsindəki məsciddə cümə namazı zamanı baş verən partlayış nəticəsində azı 4 nəfər həyatını itirib, 20-dən çox yaralı var.

“Report” “Tolo”ya istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Qeyd olunub ki, Hacı Bəxşi Məscidinin içərisində gizlədilən bombanın partlaması nəticəsində xəsarət alanlar arasında məscidin imamı da olub.

Yerli mənbələr hadisə nəticəsində azı 10 nəfərin həlak olduğunu bildirir. Bu hücumun məsuliyyətini hələlik heç bir qrup öz üzərinə götürməyib.

Xatırladaq ki, bu gün hökumətlə “Taliban” hərəkatı arasında imzalanmış üçgünlük atəşkəsin ikinci günüdür. Ötən gün atəşkəsin birinci günündə ölkənin Pərvan əyalətində də bir məscidin Ramazan bayramı namazı zamanı atəşə tutulması nəticəsində 8 nəfər öldürülüb, 5 nəfər də yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir