Qəzza sektorunda Anadolu agentliyinin operatoru və fotomüxbiri yaralanıb

İsrail ordusunun növbəti hücumu zamanı Qəzza sektorunda Anadolu agentliyinin operatoru və fotomüxbiri yaralanıb.

Agentliyin yaydığı məlumata görə, bölgənin şimalında yerləşən El-Bedevi kəndi yaxınlığında çəkiliş apararkən yaralanan operator Muhammed El-Alul və fotomüxbir Mustafa Hassuna xəstəxanaya yerləşdirilib. Onların həyatı üçün təhlükə olmadığı bildirilir.

Bazar ertəsi günü axşamdan başlayaraq İsrail sərhədində və Qəzza sektorunda gərgin vəziyyət hökm sürür. Qəzzadan İsrail ərazisinə raketlər atılır. İsrail isə Qəzza sektoruna aviazərbələr endirir.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına əsasən, hava hücumlarının üç günü ərzində 87 fələstinli həlak olub, 487 nəfər yaralanıb.

Mənbə: AZƏRTAC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir