Azərbaycanda çempionluq oyununun vaxtı məlum olub

Azərbaycanda çempionluq oyununun vaxtı məlum oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında son turun oyun cədvəli müəyyənləşib.

“Report”un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, görüşlərin hamısı mayın 19-da keçiriləcək.

“Neftçi” və “Qarabağ” komandaları arasındakı çempionluq qarşılaşması Bakının Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da olacaq və saat 20:30-da başlanacaq.

Qalan 3 görüş isə daha erkən – saat 18:00-da start götürəcək.

Turun iki görüşü “CBC Sport” telekanalı vasitəsilə, digər iki qarşılaşma isə PFL-in saytında canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası, XXVIII tur

19 may (çərşənbə)

18:00. “Səbail” – “Sumqayıt”
“ASCO Arena” (canlı/Pfl.az)

18:00. “Sabah” – “Zirə”
“Bank Respublika Arena” (canlı/”CBC/Sport”)

18:00. “Keşlə” – “Qəbələ”
“ASK Arena” (canlı/Pfl.az)

20:30. “Neftçi” – “Qarabağ”
“Dalğa Arena” (canlı/”CBC/Sport”).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.