Azərbaycanda ötən günün COVİD-19 tablosu

OPERATİV QƏRARGAH MƏLUMAT VERİR:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 377 yeni yoluxma faktı qeydə alınıb, 1 318 nəfər müalicə olunaraq sağalıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər çox təəssüf ki, vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 329 min 371 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Yoluxanlardan 313 min 778 nəfər müalicə olunaraq sağalıb, 4 768 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 min 825 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 375 min 679 test müayinəsi aparılıb. Bugünkü test sayı isə 7 285-dir.

Azərbaycanda daha 377 nəfərdə koronavirus aşkarlanıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir