“Beşiktaş” 16-cı dəfə Türkiyə Super Liqasının çempionudur

Türkiyə Super Liqasında 2020/2021 mövsümünün çempionu müəyyənləşib.

“Apasport”un məlumatına görə, həm qızıl medalların, həm də digər mükafatçıların sahibləri son turda bəlli olub.

Son tur öncəsi “Beşiktaş”, “Qalatasaray” və “Fənərbağça” qızıl medallara iddialı idi. Axırıncı oyunlar da kritik alınıb. Kayseridə yerli “Kayserispor” üzərində əzmkar qələbə qazanan “Fənərbağça” buna rəğmən bürünc mükafatla kifayətlənib. Enner Valensiya və Sərdar Azizin son dəqiqələrdəki qolları sayəsində “sarı-lacivərdlilər”in 2:1 hesablı qələbəsi 3-cü pillədə yer alan komandanın mövqeyini dəyişməyib.

Öz meydanında “Yeni Malatyaspor” önündə hesabda geri düşən “Qalatasaray” İbrahim Dərvişoğlu, Rayan Babel və Oğulcan Çağlayanın ikinci hissədəki qolları sayəsində 3:1 hesablı qələbə qazanıb. Lakin bu, çempionluq üçün yetərli olmayıb. Çünki İzmirdə “Göztəpə” ilə üz-üzə gələn “Beşiktaş” rəqibini 2:1 hesabı ilə məğlub edib. “Qara qartal”ın heyətində Domaqoy Vida və Raşid Qezzal fərqlənib.

“Beşiktaş”la “Qalatasaray” mövsümü eyni xalla (84) tamamlamasına baxmayaraq müsbət top fərqi rəqibindən daha çox olan “ağ-qaralar” finişə birinci çatıb.

Beləliklə, 3 illik həsrətə son qoyan “Beşiktaş” 16-cı dəfə Türkiyə çempionluğunu qazanıb”.

Bununla 2021/22 mövsümündə Türkiyəni avrokuboklarda təmsil edəcək komandalar da müəyyənləşib. “Beşiktaş” və “Qalatasaray” Çempionlar Liqasında mübarizə aparacaqsa, “Fənərbaxça” ilə 4-cü yeri tutan “Trabzonspor” yeni yaradılmış Konfrans Liqasında çıxış edəcək.

Bundan başqa, “Dənizlispor”, “Ərzurumspor” və “Ankaragücü”nün ardından “Gənclərbirliyi” də elitanı tərk edib.

1Beşiktaş40266889-4484
2Qalatasaray40266880-3684
3Fənərbağça40257872-4182
4Trabzonspor401914750-3771
5Sivasspor401617754-4365
6Hatayspor4017101363-5361
7Alanyaspor401791458-4560
8Fatih Karagümrük4016121264-5260
9Qaziantep4015131259-5158
10Göztəpə4013121559-5951
11Konyaspor4012141449-4850
12Başakşəhər4012121643-5548
13Rizəspor4012121653-6948
14Kasımpaşa4012101847-5746
15Yeni Malatyaspor4010151549-5345
16Antalyaspor409171441-5544
17Kayserispor409141735-5241
18Ərzurumspor4010102044-6840
19Ankaragücü401082246-6538
20Gənclərbirliyi401082244-7638
21Dənizlispor406102438-7828

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir