Son 24 saatda Türkiyədə aparılan 204.637 test müayinəsi nəticəsində 11 min 472 nəfərin COVID-19 testi pozitiv çıxıb. Yeni yoluxanlardan 1084-ü aktiv koronavirus xəstəsidir. Atipik pnevmoniya nəticəsində 236 nəfər vəfat edib. 38 min 814 nəfər müalicə olunaraq sağalıb və evə yazılıb.
Xəstələrdən 2563 nəfərin vəziyyəti ağır qiymətləndirilir, atipik pnevmoniya nisbəti 4%-dir.
Ölkədə indiyədək ümumilikdə 5 milyon 106 min 862 yoluxma, 44 min 537 insan itkisi və 4 milyon 932 min 838 sağalma faktı qeydə alınıb.
Yeni növ koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ötən müddət ərzində cəmi 50.667.653 COVID-19 test müayinəsi aparılıb.