“Lester” tarixində ilk dəfə İngiltərə Kubokunu qazanıb – VİDEO

"Lester" tarixində ilk dəfə İngiltərə Kubokunu qazandı

“Lester” komandası tarixində ilk dəfə İngiltərə Kubokunu qazanıb.

“Report”un məlumatına görə, “tülkülər” Londondakı “Uembli” stadionunda 21 000 tamaşaçının iştirakı ilə keçirilmiş final oyununda “Çelsi”yə minimal hesabla qalib gəlib – 1:0. Yeganə qolu 63-cü dəqiqədə Yuri Tilemans vurub. Ben Çiluell görüşün sonlarında bərabərlik qolunu vursa da, VAR-a müraciət edildikdən sonra top hesaba alınmayıb.

Beləliklə, “Lester” İngiltərə Kubokunu əldə edən 44-cü komanda olub. Əvvəlki 4 finalda “tülkülər” məğlubiyyətlə üzləşiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir