Son 24 saatda Türkiyədə aparılan 202.243 test müayinəsi nəticəsində 10 min 512 nəfərin COVID-19 testi pozitiv çıxıb. Yeni yoluxanlardan 920-si aktiv koronavirus xəstəsidir. Atipik pnevmoniya nəticəsində 223 nəfər vəfat edib. 14 min 418 nəfər müalicə olunaraq sağalıb və evə yazılıb.
Xəstələrdən 2468 nəfərin vəziyyəti ağır qiymətləndirilir, atipik pnevmoniya nisbəti 4%-dir.
Ölkədə indiyədək ümumilikdə 5 milyon 117 min 374 yoluxma, 44 min 760 insan itkisi və 4 milyon 947 min 256 sağalma faktı qeydə alınıb.
Yeni növ koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ötən müddət ərzində cəmi 50.869.896 COVID-19 test müayinəsi aparılıb.