Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində daş parçasının asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən verilən məlumata görə, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunub.
Xilasedicilər daş parçasını müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.