Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komanda-qərargah təlimi keçiriləcək

AZƏRBAYCAN MÜDAFİƏ NAZİRLİYİ MƏLUMAT VERİR:

2021-ci tədris ilinin döyüş hazırlığı planına uyğun olaraq mayın 17-də Naxçıvan Qarnizonunda müxtəlif qoşun növü birləşmə və hissələrinin cəlb edilməsi ilə komanda-qərargah təlimi keçiriləcək.

Mayın 20-dək davam edəcək təlimdə praktiki fəaliyyətlərə cəlb olunan birləşmə və hissələr təlim-döyüş tapşırıqlarına uyğun təyinat rayonlarına çıxarılaraq məşq etdiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir