Qayıqda selfi faciə ilə nəticələnib

Qayıqda selfi faciə ilə nəticələndi

İndoneziyanın Kedunq Ombo su anbarında içərisində 20 nəfər olan qayıq aşıb.

“Report” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi bildirib.

Qeyd edilir ki, 11 nəfəri xilas etmək mümkün olub, 9 nəfərin axtarışları davam edir. Hadisə yerinə dalğıc-xilasediciləri cəlb olunub.

Yerli hakimiyyət orqanları bildirib ki, qayıq insanlar selfi çəkməyə çalışarkən aşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir