“Yuventus” Çempionlar Liqası zonasından kənarlaşıb

İtaliya A Seriyasında XXXVII turun daha bir oyunu keçirilib.

“Report”un məlumatına görə, “Napoli” “Fiorentina”nın qonağı olub.

Maçtda 2:0 hesabı ilə qələbə qazanan qonaqlar “Yuventus” və “Milan”ı keçərək 3-cü pilləyə yüksəlib. Hesabı 57-ci dəqiqədə Lorentso İnsinye açıb. 67-ci dəqiqədə isə Lorentso Venuti topu öz komandasının qapısına vurub.

Bu qələbədən sonra “Napoli” 76 xalla 3-cü, bir oyun az keçirən “Milan” 75 xalla 4-cü, eyni xala malik “Yuventus” isə 5-ci yerdədir.

A Seriyasında son turun oyunları mayın 23-də olacaq. “Yuventus” “Bolonya”nın, “Milan” “Atalanta”nın qonağı olacaq, “Napoli” isə “Verona”nı qəbul edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir