OPERATİV QƏRARGAH MƏLUMAT VERİR:
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 426 yeni yoluxma faktı qeydə alınıb, 515 nəfər müalicə olunaraq sağalıb.
Analiz nümunələri müsbət çıxan 13 nəfər çox təəssüf ki, vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 330 min 269 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Yoluxanlardan 315 min 415 nəfər müalicə olunaraq sağalıb, 4 792 nəfər vəfat edib. 10 min 062 nəfər aktiv koronavirus xəstəsi var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 877, bu günə qədər isə cəmi 3 milyon 392 min 930 test icra olunub.