COVİD-19: Türkiyədə son 24 saatın epidemioloji tablosu

Son 24 saatda Türkiyədə aparılan 206.836 test müayinəsi nəticəsində 10 min 174 nəfərin COVID-19 testi pozitiv çıxıb. Yeni yoluxanlardan 923-ü aktiv koronavirus xəstəsidir. Atipik pnevmoniya nəticəsində 223 nəfər vəfat edib. 13 min 864 nəfər müalicə olunaraq sağalıb və evə yazılıb.

Xəstələrdən 2326 nəfərin vəziyyəti ağır qiymətləndirilir, atipik pnevmoniya nisbəti 3.2%-dir.

Ölkədə indiyədək ümumilikdə 5 milyon 127 min 548 yoluxma, 44 min 983 insan itkisi və 4 milyon 961 min 120 sağalma faktı qeydə alınıb.

Yeni növ koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ötən müddət ərzində cəmi 51.076.732 COVID-19 test müayinəsi aparılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir