İsraildə sinaqoqun tribunası çöküb: xəsarət alanların sayı artıb – VİDEO/ YENİLƏNİB-3

İsraildə sinaqoqun tribunasının çökməsi zamanı ölənlərin və xəsarət alanların sayı artıb -YENİLƏNİB

İsrailin Qivat-Zeev şəhərində sinaqoqda Şavout bayramı münasibətilə keçirilən mərasim zamanı tribunanın çökməsi nəticəsində 219 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə İsrailin “Kan” radosu məlumat yayıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 15-i ağır vəziyyətdədir. Digər zərərçəkənlərin vəziyyəti normaldır.

Daha əvvəl bildirilirdi ki, hadisə zamanı 167 nəfər yüngül xəsarət alıb, habelə 2 nəfər ölüb.

***

16.04.2021  23:10

İsrailin Qivat-Zeev şəhərində sinaqoqda Şavout bayramı münasibətilə keçirilən mərasim zamanı tribunanın çökməsi nəticəsində xəsarət alanların sayı 167 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə təcili yardım xidməti məlumat yayıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 5-i ağır vəziyyətdədir. Yaralıların 9-nun vəziyyəti normaldır. Hadisə zamanı 152 nəfər yüngül xəsarət alıb.

Qeyd edilir ki, hadisə zamanı 2 nəfər ölüb.

***

22:11

İsrailin Qivat-Zeev şəhərində sinaqoqda Şavout bayramı münasibətilə keçirilən mərasim zamanı tribunanın çökməsi nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə təcili tibbi yardım xidməti məlumat yayıb.

“The Jerusalem Post” isə bildirib ki, hadisə zamanı 132 nəfər xəsarət alıb. Məlumata görə, yaralılardan 5-i ağır, 8-i orta ağır vəziyyətdədir. Hadisə zamanı xəsarət alanlardan 119-nun vəziyyəti normaldır.

İsraildə sinaqoqun tribunasının çökməsi zamanı ölənlərin və xəsarət alanların sayı artıb -YENİLƏNİB

İsraildə sinaqoqun tribunasının çökməsi zamanı ölənlərin və xəsarət alanların sayı artıb -YENİLƏNİB

21:23

İsrailin Qivat-Zeev şəhərində sinaqoqda Şavout bayramı münasibətilə keçirilən mərasim zamanı tribunanın çökməsi nəticəsində azı 1 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə KAN telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə zamanı daha 60 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Qeyd edilir ki, onlardan 10-u ağır vəziyyətdədir.

Hadisənin görüntüləri müşahidə kameralarına düşüb. Bildirilir ki, mərasim zamanı sinaqoqda 600-dən çox insan olub.

İsraildə sinaqoqun tribunasının çökməsi zamanı ölənlərin və xəsarət alanların sayı artıb -YENİLƏNİB

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir