Kanadada atışma olub

Kanadada atışma olub, ölən və xəsarət alanlar var

Kanadanın Toronto şəhərində atışma olub.

“Report” xəbər verir ki, bu barədə “CBC” telekanalı bildirib.

Məlumata görə, naməlum kişi şəhərin qərb hissəsində avtomobildən düşərək başqa avtomobildə olan sərnişinlərə atəş açıb. Hadisə zamanı beş nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan biri sonra xəstəxanada ölüb.

Atışmanın izləri yaxınlıqdakı evdə də aşkarlanıb, lakin hadisə zamanı heç kim zərər çəkməyib. Qeyd edilir ki, cinayətkar hadisə yerindən qaçaraq gizlənib.

Kanadada atışma olub, ölən və xəsarət alanlar var

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.