Meksika: sərnişin 6 nəfərin ölümünə bais olub

Meksikada sərxoş sərnişin 6 nəfərin ölümünün səbəbkarı oldu

Meksikada sərxoş sərnişin sükanı avtobus sürücünün əlindən alaraq ağır qəza törədib.

Bu barədə “Report” “Associated Press”ə istinadən xəbər verir.

Bildirilir ki, Puebla ştatının paytaxtına gedən və 35 sərnişini daşıyan özəl avtobus Isukar de Matamoros bələdiyyəsinin yaxınlığında yoldan çıxıb. Nəticədə 6 nəfər dünyasını dəyişib, 16 nəfər isə yaralanıb.

Ərəziyə yanğınsöndürənlər, xilasedicilər, milli qvardiya qüvvləri və tibbi işçiləri cəlb olunub, xəsarət alanlar yerli xəstəxanalara çatdırılıb. Bəzi yaralanların vəziyyəti ağırdır.

Qəzanın səbəbkarı olan hadisə yerini tərk etməyə çalışarkan saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir