Müdafiə naziri təlimlərin gedişi barədə məruzələri dinləyib

AZƏRBAYCAN MÜDAFİƏ NAZİRLİYİ MƏLUMAT VERİR:

Müdafiə naziri general-polkovnik  Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin təlimlərin gedişi barədə maket üzərində məruzələrini dinləyib.

Eyni zamanda, təlimlərin planına uyğun olaraq ərazinin kəşfi nəticəsində əldə olunan məlumatlar əsasında maket üzərində tapşırıqlar,  qoşunların qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili dəqiqləşdirilib.

Müdafiə naziri qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.