Rusiyanın neft nəhəngi hasilatı azaldıb

Rusiyanın neft nəhəngi OPEC+ sazişinə uyğun olaraq hasilatı 19% azaldıb

Rusiyanın “Rosneft” şirkətinin neft hasilatı 2021-ci ilin birinci rübündə sutkada 3,7 milyon barel təşkil edib.

“Report” şirkətin hesabatına istinadən xəbər verir ki, bu, keçən ilin eyni dövrü ilə müqayisədə 19,2 faiz azdır.

Şirkətin mətbuat xidməti “İnterfaks” agentliyinə izah edib ki, birinci rübdə hasilatın azalması hökumətin OPEC+ razılaşması çərçivəsində hasilatı məhdudlaşdırmaq təlimatının icrası ilə əlaqədardır.

2020-ci ilin dördüncü rübü ilə müqayisədə isə neft hasilatı 5,9 faiz azalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir