COVİD-19: Azərbaycanda son epidemioloji status

OPERATİV QƏRARGAH MƏLUMAT VERİR:

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 432 yeni yoluxma faktı qeydə alınıb, 1024 nəfər müalicə olunaraq sağalıb.

Analiz nümunələri müsbət çıxan 10 nəfər çox təəssüf ki, vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 330 min 701 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Yoluxanlardan 316 min 439 nəfər müalicə olunaraq sağalıb, 4 802 nəfər vəfat edib. 9 460 aktiv koronavirus xəstəsi var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 116, bu günə qədər isə cəmi 3 milyon 404 min 046 test icra olunub.

Azərbaycanda aktiv koronavirus xəstələrinin və ölənlərin sayı azalıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir