Daha bir məşhur futbolçunun adı Şöhrət Zalına daxil edilib

Daha bir məşhur futbolçunun adı Şöhrət Zalına daxil edildi

Erik Kantona

Adı İngiltərə Premyer Liqasının Şöhrət Zalına daxil edilən daha bir futbolçu müəyyənləşib.

“Report” yarışın rəsmi saytına istinadən xəbər verir ki, bu, “Mançester Yunayted”in əfsanəvi hücumçusu Erik Kantonadır.

55 yaşlı keçmiş oyunçu 1992-ci ildə “Lids Yunayted”lə İngiltərə çempionu olub. Forvard 1992 – 1997-ci illərdə “Mançester Yunayted”in formasını geyinib. O, “qırmızı şeytanlar”ın heyətində 4 dəfə Premyer Liqada, iki dəfə ölkə kubokunda qızıl medal qazanıb.

Kantona Tyerri Anri və Alan Şirerdən sonra adı Şöhrət Zalına daxil edilən üçüncü futbolçudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir