Kolumbiyada etirazçılarla polis əməkdaşları arasında toqquşmalar olub.
Bu barədə “Report” “La FM” radiostansiyasına istinadən xəbər verir.
Bildirilir ki, toqquşmalar ölkənin qərbində, Yumbo (qərbi Vale-del-Kauka departamenti) bələdiyyəsində olub. Etirazçılar bir neçə polis postuna hücum ediblər.
Toqquşmalar nəticəsində hüquq-mühafizə orqanlarının 2 əməkdaşı həlak olub, 28 nəfər, o cümlədən 6 polis əməkdaşı müxtəlif dərəcəli ağır xəsarətlər alıb. Yaralılar xəstəxanalara çatdırılıb.
Hakimiyyət orqanları araşdırmaya başlayıb.