Rusiya XİN: Azərbaycan-Ermənistan sərhədində delimitasiya prosesi başlamalıdır

İnsidentlərdən qaçmaq üçün Azərbaycan-Ermənistan sərhədində delimitasiya prosesinin başlaması vacibdir”.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mayın 18-də yaydığı bəyanatda bildirilib.

Qeyd edilib ki, Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir, hərbi xətlə və sərhəd xidməti üzrə operativ əməliyyatı dəstəkləyir: “Ölkələrin hərbi xətti və sərhəd xidməti üzrə əməliyyat əlaqələri dəstəklənir. Rusiya tərəfi gərginliyi azaltmaq üçün Bakı və Yerevanla ən yüksək, ali səviyyədə davamlı təmas saxlayır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir