Son 24 saatda Türkiyədə aparılan 217.276 test müayinəsi nəticəsində 11 min 937 nəfərin COVID-19 testi pozitiv çıxıb. Yeni yoluxanlardan 916-sı aktiv koronavirus xəstəsidir. Atipik pnevmoniya nəticəsində 203 nəfər vəfat edib. 10 min 125 nəfər müalicə olunaraq sağalıb və evə yazılıb.
Xəstələrdən 2232 nəfərin vəziyyəti ağır qiymətləndirilir, atipik pnevmoniya nisbəti 3.2%-dir.
Ölkədə indiyədək ümumilikdə 5 milyon 139 min 485 yoluxma, 45 min 186 insan itkisi və 4 milyon 971 min 245 sağalma faktı qeydə alınıb.
Yeni növ koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə ötən müddət ərzində cəmi 51.294.008 COVID-19 test müayinəsi aparılıb.