AVRO-2020: Almaniya millisinin heyəti açıqlanıb

AVRO-2020: Almaniya millisinin heyəti açıqlandı

Futbol üzrə Almaniya milli komandasının Avropa çempionatı üçün heyəti açıqlanıb.

“Report”un məlumatına görə, baş məşqçi Yoahim Löv aşağıdakı “26-lığ”a güvənəcək:

Qapıçılar: Manuel Neuer, Bernd Leno, Kevin Trapp

Müdafiəçilər: Mats Hummels, Matthias Ginter, Niklas Süle, Antonio Rüdiger, Emre Can, Lukas Klostermann, Marcel Halstenberg, Robin Gosens, Christian Günther, Robin Koch

Yarımmüdafiə/Hücumçular: Joshua Kimmich, Toni Kroos, Ilkay Gündogan, Leon Goretzka, Florian Neuhaus, Jonas Hofmann, Kai Havertz, Jamal Musiala, Thomas Müller, Serge Gnabry, Leroy Sane, Timo Werner, Kevin Volland.

Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Almaniya millisi Fransa, Macarıstan və Portuqaliya ilə birlikdə F qrupunda mübarizə aparacaq.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir