Azərbaycan xarici işlər naziri BƏƏ-nin dövlət naziri ilə müzakirələr aparıb

Azərbaycanın XİN başçısı BƏƏ-nin dövlət naziri ilə müzakirələr aparıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin dövlət naziri Əhmed Al Sayegh arasında videokonfrans formatında görüş olub.

Bu barədə XİN-in mətbuat xidməti idarəsindən məlumat verilib.

Tərəflər ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində ölkələrin bir-birinin namizədlərinə və təşəbbüslərinə qarşılıqlı dəstək verilməsi məsələsini müzakirə ediblər.

C.Bayramov qarşı tərəfə regiondakı son vəziyyət, habelə üçtərəfli bəyanatların icrası ilə bağlı geniş məlumat verib.

Nazirlər eyni zamanda iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Xüsusilə də alternativ enerji sahəsində iki ölkə arasında mövcud əməkdaşlıq əlaqələri müzakirə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Azərbaycanın XİN başçısı BƏƏ-nin dövlət naziri ilə müzakirələr aparıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.