Belarusda hərbi təyyarə qəzaya uğrayıb

Belarusda hərbi təyyarə qəzaya uğrayıb, 2 pilot ölüb

Belarusun Baranoviç şəhəri yaxınlığında hərbi təyyarənin qəzaya uğraması nəticəsində 2 pilot həyatını itirib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.

Baranoviç yaxınlığında Lid hücum aviabazasına məxsus “Yak-130” hərbi təyyarəsi qəzaya uğrayıb. Təəssüf ki, təyyarədəki hər iki pilot həlak olub”, – nazirlik bildirilib.

Hadisə nəticəsində başqa itki və dağıntının olmadığı qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir