Qlobal ticarət artıb

Qlobal ticarət 10% artıb

Bu ilin I rübündə qlobal ticarətin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 10% çox olub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ticarət və İnkişaf Konfransının (UNCTAD) hesabatında bildirilir.

Sənədə əsasən, artıma səbəb Şərqi Asiya ölkələrindən ixracın sürətlənməsidir.

Ötən ilin IV rübü ilə müqayisədə isə qlobal ticarətin dəyəri 4% artıb. Bu baxımdan tibbi maskalar, ventilyatorlar, dezinfeksiyaedicilər və peyvənd kimi COVID-19 ilə bağlı məhsullar qlobal ticarətdə üstünlüyünü qoruyub.

Hesabat dövründə dünyanın böyük iqtisadiyyatların əksəriyyətində ticarət ötən ilin eyni dövrünə nisbətən az olub, yalnız Çin, Hindistan və Cənubi Afrikada ticarət artıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.